Amerika Birləşmiş Ştatları İraqdakı Ayn əl-Əsəd aviabazasına edilən və ABŞ hərbçiləri arasında itkilərlə nəticələnən hücumdan sonra Yaxın Şərqdəki qoşunlarına qarşı daha çox hücumlar gözləyir.
Bu barədə “Axios” portalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi yaxın günlərdə “iranyönümlü yaraqlılar” tərəfindən bölgədəki Amerika qüvvələrinə hücumların artacağını gözləyir.