Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İnküziv təhsili təbliğ edir

Gəncə Dövlət Universitetinin pedaqoji fakültələrində təhsil alan 100 tələbədən 30 gənc seçilərək peşəkar mütəxəssislər tərəfindən 2 ay müddətində “Əlilliyə yanaşma”, “İnklüziv təhsil”, “Fərdi İnkişaf” və digər əhəmiyyətli mövzularda dərin və geniş təlim kursunu bitirdikdən sonra, “İnklüziv Təhsil Səfirləri” adını qazanaraq Gəncə şəhərində yerləşən 10 məktəbin pedaqoji heyəti, şagirdləri və valideynlərini inklüziv təhsil mövzusunda maarifləndirmə işlərinə başlamışlar. Müxtəlif təlimlər, seminarlar və görüşlər təşkil edən İnklüziv təhsil səfirləri 2 ay müddətində yüzlərlə müəllim, valideyn və şagirdləri maarifləndirərək Sağlamlıq İmkanı Məhdud olan şagirdlərin inklüziv siniflərə cəlb edilməsinin əhəmiyyəti, onların hüquqlarından, onlarla rəftar və s. məsələləri birlikdə müzakirə edərək rollu oyunlar təşkil etmişlər. Gəncə şəhərində 3 məktəbdə – 39 nömrəli tam orta məktəb, 10 nömrəli tam orta məktəb və 8 nömrəli tam orta məktəblərdə artıq mövcud olan inklüziv siniflərdə tədris aparan müəllim və şagirdlərlə xüsusi görüşlər təşkil edilmişdir. Layihənin yekununda aşağıdakı nəticələr əldə olundu:
– Pedaqoji heyət arasında inklüziv təhsilin əhəmiyyəti barədə məlumatlılıq artırıldı;
– Şagirdlərin inklüziv təhsil prinsiplərinə uyğun olaraq bir-birinə qarşı hörmət və anlayışla yanaşmaları təbliğ edildi;
– Valideynlər inklüziv təhsil barədə məlumatlandırıldı və bu prosesdə aktiv iştiraka təşviq edildi;
“İnklüziv Təhsil Səfirləri” layihəsi Gəncə Regional Qadın Mərkəzinin inklüziv təhsilin inkişafına verdiyi ən uğurlu addımlardandır. Layihə, həm də cəmiyyətin müxtəlif təbəqələri arasında inklüziv təhsil mövzusunda məlumatlılığın artırılması və bu sahədə geniş anlayışın formalaşdırılmasına əhəmiyyətli töhfə verir. “İnklüziv Təhsil Səfirləri” layihəsi Gəncə Regional Qadın Mərkəzinin inklüziv təhsilin inkişafına verdiyi ən uğurlu addımlardandır. Layihə, həm də cəmiyyətin müxtəlif təbəqələri arasında inklüziv təhsil mövzusunda məlumatlılığın artırılması və bu sahədə geniş anlayışın formalaşdırılmasına əhəmiyyətli töhfə verir.
Layihə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə Dövlət Universiteti, UAFA Gəncə bölməsi və Fərəh İB ilə birlikdə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Layihənin fəaliyyətləri BMT Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verir:

Məqsəd 4: Keyfiyyətli təhsil
Hədəf 4.A: Uşaq, əlillik və gender məsələlərinə həssas yanaşan və hamı üçün təhlükəsiz, zorakılığa yol verilməyən, inklüziv və effektiv təlim mühitini təmin edən təhsil müəssisələrini qurmaq və onları təkmilləşdirmək
Məqsəd 10: Bərabərsizliyin azaldılması
Hədəf 10.2: 2030-cu ilədək, yaşından, cinsindən, əlilliyindən, irqindən, etnik mənsubiyyətindən, mənşəyindən, dinindən, iqtisadi və ya digər statusundan asılı olmayaraq, hamının sosial, iqtisadi və siyasi həyatda iştirakı üçün səlahiyyətləri artırmaq və bunu təşviq etmək
Məqsəd 17: Məqsədlər üçün tərəfdaşlıq
Hədəf 17.18: 2020-ci ilədək gəlir səviyyəsi, gender, yaş qrupu, irq, etnik mənsubiyyət, köçkün statusu, əlillik, coğrafi yerləşmə və milli kontekstdən asılı olaraq digər xüsusiyyətlər üzrə dezaqreqasiya olunmuş yüksək keyfiyyətli, vaxtlı-vaxtında verilən və etibarlı məlumatların mövcudluğunu əhəmiyyətli dərəcədə artırmaq üçün inkişaf etməkdə olan ölkələrə, o cümlədən ən az inkişaf etmiş ölkələrə və kiçik adalarda yerləşən inkişaf etməkdə olan dövlətlərə potensialın inkişaf etdirilməsi sahəsində dəstəyi artırmaq.