Türkiyədə instaqramla bağlı bu gün görüş olacaq

 Türkiyədə artıq dörd gündür instaqrama girişin bloklanması ilə bağlı görüş keçiriləcək.

Bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəsmiləri bu gün instaqramın məsul şəxsləri ilə bir araya gələcəklər.

“Ümid edirik ki, tələblərimizi yerinə yetirmək üçün lazım olanı edəcəklər. Biz müsbət irəliləyişlərin olacağını gözləyirik”, – A. Uraloğlu söyləyib.

Qeyd edək ki, avqustun 2-də Türkiyədə instaqrama giriş qadağan edilib. Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi buna səbəb kimi instaqramın qoyduğu qadağalar arasında yer alan çoxsaylı cinayət paylaşımları ilə bağlı şərtlərə əməl edilməməsini göstərib. Sözügedən paylaşımlar Türkiyədə 2005-ci il iyunun 1-dən qüvvədə olan Cinayət Prosessual Qanunu ilə tənzimlənir və həbs üçün əsas hesab edilir.