Fransa kanalı ermənidən artıq ermənilik edir – Yeni iddia

 26 iyulda Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı “France 2” telekanalının ölkəmizə qarşı qərəzli mövqeyini və təxribatını “France24” davam etdirib.

Fransa kanalı COP29 ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinin “mübahisəli” olmasından bəhs edib. Səbəb kimi isə Qarabağın “blokadası” və 2023-cü ilin sentyabrında gedən döyüşlərin “əhali”nin (erməni sakinlər nəzərdə tutulur – red.) “məcburi” köçkünlüyünə gətirib çıxarmasını göstərib.

Rəsmi İrəvanın belə bir iddiada olmamasına baxmayaraq, “France24” ermənilərin Qarabağdan könüllü və heç bir təhlükə olmadan çıxıb getməsini həyasızcasına “qoyqırım” adlandırıb və bu sözü işlətmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampoya istinad edib.

Kanal sabiq prokurora nədənsə çox yer ayırıb və onun keçmiş qondarma qurumun rəhbəri olan, çoxsaylı cinayət əməlləri törədən və hazırda barələrində həbs qətimkan tədbiri seçilərək, Bakıda saxlanılan Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbsini qanunsuz adlandırmasını efirə verib. Maraqlıdır ki, Ruben Vardanyan da “xeyriyyəçi iş adamı” kimi təqdim edilib. Halbuki Vardanyanın Rusiya hakim dairələrinin çirkli pullarının yuyulmasında müstəsna xidməti və bu şəxsin qara işləri haqqında Qərb mediası və araşdırmaçıları tutarlı faktlarla dəfələrlə çıxış ediblər.

Görünür, Fransa Azərbaycana qarşı təxribatçı təbliğatını dayandırmaq niyyətində deyil və bütün tədbirlərdən – istər Parisdə keçirilən Olimpiya Oyunları, istərsə də Bakıda baş tutacaq COP29-dan öz çirkin məqsədləri üçün istifadə etməkdə maraqlıdır.(Axar.az)



Mənbə