CENTCOM rəhbəri Yaxın Şərqə gəlib?

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla avqustun 3-də ABŞ və müttəfiqlərinin İranın İsrailə qarşı mümkün hücumuna hazırlaşdığı bir vaxtda Yaxın Şərq regionuna səfər edib.

Bu barədə “Axios” portalı öz hərbi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə CENTCOM rəhbəri Fars körfəzinin bir sıra ölkələrinə, İordaniyaya və İsrailə səfər edəcək və İranın potensial zərbəsini birgə dəf etmək üçün beynəlxalq və regional müttəfiqləri səfərbər etməyə çalışacaq.
Məsələ ilə bağlə ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Komandanlıq hələlik heç bir açıqlama verməyib.