İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Salami iyulun 30-da İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində iranlı hərbi məsləhətçi Milad Beydinin həlak olduğunu təsdiqləyib.
“Tasnim” agentliyinin məlumatına görə, SEPAH komandanı İranın Suriya və Livandakı hərbi müşaviri Milad Beydinin ailəsinə başsağlığı verib
İyulun 30-u axşam saatlarında İsrail ordusu Beyruta hücum elan edib və daha sonra bu məqsədli əməliyyat nəticəsində Fuad Şokrun öldürüldüyünü təsdiqləyib. İsrail hərbçilərinin sözlərinə görə, o, “Hizbullah” lideri Həsən Nəsrullahın sağ əli olub və hərəkatın hərbi təşkilatlanmasında strateji məsələlərə, o cümlədən raket silahlarına cavabdeh olub.
Çərşənbə günü SNN Şokrla birlikdə öldürülənlər arasında İranın hərbi müşaviri Milad Beydinin də olduğunu bildirib.