Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudlaşdırma 2 avqust saat 00:00-dan 5 avqust saat 06:00-dək davam edəcək.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda deyilir.

Mənbə