Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib

 Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmanla xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci, Naxçıvan Hərbi Kolleci əlavə edilib.

Bundan əlavə, Milli Müdafiə Universitetinin Nizamnaməsinə də dəyişiklik olunub.

Dəyişikliklə universitet rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun rektorları və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin, Naxçıvan Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri isə Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.