Kiyev dekabra qədər sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamaq niyyətindədir.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
Prezident münaqişənin dondurulması ilə bağlı qeyri-rəsmi təkliflər aldığını, lakin onları qəbul edə bilməyəcəyini vurğulayıb.
O, həmçinin əlavə edib ki, fəaliyyət planının əsasını Ukraynanın ərazi bütövlüyü məsələsi təşkil edəcək və bu mövzu maraqlı ölkələrlə əsaslı şəkildə müzakirə olunacaq:
“Mən öz administrasiyam və diplomatik komandamız qarşısında müvafiq tapşırıq qoymuşam, düşünürəm ki, plan noyabrın sonunadək hazır olacaq. Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ-ın dəstəyi və Rusiyaya beynəlxalq diplomatik təzyiqlər müharibənin ədalətli nəticəsinə gətirib çıxaracaq üç komponentdir”.