İranda havanın temperaturunun yüksəlməsi ilə əlaqədar iyulun 28-də bütün dövlət idarələrində tətil edilməsinə qərar verilib.
Bu barədə İran hökuməti bəyanat yayıb.
Bildirilib ki, qərar enerji istehlakını idarə edə bilmək məqsədi ilə alınıb.
Qeyd edək ki, eyni səbəbdən bu gün – iyulun 27-də də İranda dövlət idarələri, banklar saat 10-dan sonra tətilə çıxıb. Məlumata görə, ölkənin bəzi bölgələrində havanın temperaturu 50 dərəcəyə çatıb.