Firəngiz Quliyeva- Ən yaxşı insani kefiyyətlərdən biri xeyirxahlıqdır.    

Azərbaycan Tibb Universitetinin biokimya kafedrasinin baş müəlliməsi, biologiya  üzrə fəlsəfə elmləri doktoru, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyin fəal üzvü  Quliyeva Firəngiz Eyvaz qızı aztəminatlı ailəyə dəstək oldu. Ailəyə soyuducu  hədiyyə etdi, maddi köməklik etdi, mənəvi dəstək oldu.

Xoş məramlı, ürəyi mərhəmət hissi döyünən Firəngiz xanım xoş əməllərini “XeberTıme.az”-la bölüşdü:

– Qurban bayramı ərəfəsi idi bu ailə ilə tanış oldum. Qurban bayramı xeyirxahlıq, mərhəmət bayramıdır. Ailə ilə yaxından tanış olanda məlum oldu ki, ana  dünyasını dəyişmiş uşağın xalası Hamısıahverdiyeva Fəzilə bacısı övladı Cövzizadə Elgiz İlkin oğluna baxır. Ailənin işlətməyə soyuducusu yox idi. Ailəyə soyuducu alıb hədiyyə etdim, maddi dəstək oldum. Əl tutmaq Əlidən qalıb!   Sonra məlum oldu ki, Elgiz balanın səhətində ciddi problemlər var. Ailənin yanında mənəvi dəstək olduq.  Burunnda artıq ət yəni burun əti-adenoid əməliyyatı olundu.
Səhətindəki problemləri icbari sığorta qarşılamaqla aradan götürüldü. Biz bir necə yaxın rəfiqələr qərarlaşdırdıq ki, ayda bir neçə dəfə bu ailəyə maddi, ərzaq köməkliyi edək, eləcədə mənəvi dəstəyımızı əsirgəmiyək. Ən yaxşı insani kefiyyətlərdən biri xeyirxahlıqdır.

Yeganə Telmanqızı
XeberTıme.az