İran Prezidenti Məsud Pezeşkian pann farsist və radikal fars miliyyətçisi kimi tanınan Rizvan Həkimzadəni işçi qrupundan qovub.
Bu barədə Təbriz mediası məlumat yayıb.
Bir neçə gün əvvəl 14-cü hökumətin Təhsil Nazirliyinin Siyasət Komitəsinin üzvlərinin adları olduğu siyahıda xanım Həkimzadənin də adının olması azərbaycanlıların etirazına səbəb olmuşdu.
Məlumatlara görə, Məsud Pezeşkian siyahıda adı olan şəxslərin kimliyini dəqiqləşdirdiyi zaman Rizvan Həimzadənin adını siyahıdan çıxarıb.
Qeyd edək ki, Rizvan Həkimzadə və onun əməkdaşları bundan əvvəl qeyri-fars uşaqların ana dillərini unutdurmağa hesablanan layihə hazırlayıb və icrasına başlayıblar.
Layihəyə görə, uşaqlar 4 yaşından fars dilini öyrənməli və məktəbə daxil olmaq üçün bu dildən imtahan verməlidir. 4 yaşında fars dilini yaxşı mənimsəyə bilməyən uşaqlar isə xüsusi təlim mərkəzlərinə göndərilməlidirlər.