Xaçmaz rayon Peşə Məktəbində korrupsiya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Xaçmaz rayon Peşə Məktəbində “Korrupsiya ilə mübarizədə ictimai dəstəyin rolu” mövzusunda dəyirmi masa keçirilib.

QHT.az xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Azərbaycanın dövlət himni səsləndirildi.

Xaçmaz rayonu icra hakimiyyətinin baş məsləhətçisi Yaqut Mənsimova və “İnkişaf və İslahatlara dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev tədbirin mahiyyətindən bəhs etdilər. Azərbaycanda cəmiyyətin inkişafı və saflaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların xalqımız və dünya birliyi tərəfindən yüksək dəyərləndiyini diqqətə çatdıran direktoru Yaqut Mənsimova bildirib ki, neqativ halların və nöqsanların təmizlənməsi zamanın və xalqın mənəvi sifarişidir. İctimai Birliyinin sədri Ramil Əliyev çıxışında diqqətə çatdırıb ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı görülən işləri çatdırmaq, eyni zamanda bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaqdır. “Xüsusi təyinatlılar və qazilər” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Veteninfo.az” informasiya agentliyinin təsisçisi və baş redaktoru Nahid Canbaxışlı, “Demokrat.az” saytının təsisçisi və baş redaktoru Vasif Həsənli və “manset.az” saytının baş redaktoru Əli Vəliyev, araşdırmaçı-jurnalist, layihə eksperti Əli İbrahimov çıxışlarında layihənin məqsəd və hədəflərindən danışıblar.

Qeyd edək ki, “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində mövzu ətrafında Bakı və Sumqayıt şəhərlərində tədbirlər keçirilməsi nəzərdə tutulub.

Fotolar