Parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib, dördü qeydə alınıb

çiriləcək növbədənkənar parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, 25 partiyanın 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib. 532 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

“451 nəfər imza vərəqləri alıb. 31 nəfər isə imza vərəqlərini qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb”, – deyə sədr vurğulayıb.