“İşdə büdcədə pul olmadığını deyirlər…” – Naxçıvanda BÖHRAN!

Naxçıvan Muxtar Respublikası sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Vətəndaş deyir ki, işlədiyi Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində verilməsi nəzərdə tutulan həvəsləndirici pul vəsaiti işçilərə təqdim edilməyib. Onun iddiasına əsasən, müəssisənin bunu qarşılamağa maddi gücünün çatmadığı bildirilib:

“Sizə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin işçisi olaraq yazıram. 15 iyun Milli Qurtuluş Günüdür. Həmin gün Heydər Əliyevin hakimiyyətə gəlişinə görə, 50 faiz, yəni maaşın yarısı qədər mükafat təqdim etməliydilər, ancaq vermədilər. Mənim kimi, yüzlərlə işçinin haqqını yedilər. Dedilər ki, büdcədə pul yoxdur. İldə 3 dəfə mükafat verilirdi, nədənsə, bu günü heç nə görmədik. İşdə büdcədə pul olmadığını deyirlər, direktor “Range Rover” markalı maşın alır. Necə alır da? Yoxsa Bakıdan gələn yoxlamaların cibinə qoydular? Xahiş edirəm, haqqımda məlumat verməyin, yoxsa işdən çıxardarlar”.