“Əslində mükafatlar kəsilməyib, idarə rəhbərliyi pulu mənimsəyib” – NARAZILIQ VAR…

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin işçiləri bayram günləri üçün nəzərdə tutulan əlavə ödənişin kəslidiyindən şikayət edirlər. Onlar bildirirlər ki, bayram münasibəti ilə ildə üç dəfə maaşlarının yarısı dəyərində əlavə mükafat alırmışlar. Bu ildən isə, həmin pullar kəsilib.

Xidmət işçilərindən B. Məmmədov deyir ki, onlara son dəfə ötən il bu mükafat verilib:
“Hər il üç dəfə bayramlar münasibəti ilə mükafat alırdıq. Bu bayramlar Yeni il, Novruz və Milli Qurtuluş Günü bayramları üçün nəzərdə tutulub. Bu il onların heç birini ala biməmişik. Naxçıvana təyin olunan yeni hakimiyyət insanların əlindən hər şeyini alıb. O həddə çatıb ki, maaşımızı da göz dikirlər. Xahiş edirik ki, aidiyyəti qurumlar bu məsələdə bizə kömək etsinlər”.
Digər işçis S. Qasımov da pullarının mənimsənilməsindən şikayətçidir:
“Əslində mükafatlar kəsilməyib, idarə rəhbərliyi pulu mənimsəyib, bir qismini cibinə qoyur, bis qismini də yuxarı ötürür. Ona görə də hara gedirik, şikayətimizə baxan olmur. Biz müddətdir ki, məzunuyyət pullarımızı da la bilmirik. Qorxuruq ki, o da mənimsənilsin”.
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən işçilərin iddialarına cavab vermək istəmədilər.

Gündəlik Naxçıvan