Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın təşkilatçılığı ilə Mili Mətbuat Günü”nə həsr olunmuş tədbir keçirilib.
QHT.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın təşəbbüsü ilə 18 iyul tarixində “Milli Mətbuat Günü” münasibətilə görüş keçirilib. Tədbirdə Manşet.az Xəbər portalının Təsisciləri Əli Vəliyev, Famil Fərhadoğlu, Demokrat.az xəbər portalının Təsiscisi və Baş redaktoru Vasif Həsənli, Editor.az xəbər portalının Təsiscisi və Baş redaktoru Fərid Şahbazlı, İctimaishura.az saytının təsisçisi Cəsarət Hüseynzadə, Dünyaxeber.az saytının rəhbəri Dünya Əliyeva, Newsmedia.az təsisçi, baṣ redaktor Anar Əliyev, Vətəninfo.az saytının Təsiscisi və Baş redaktoru Nahid Canbaxışlı, zeferinfo.az saytının rəhbəri, xalqcebhesi.az saytının əməkdaşı Əli İbrahimov, Yeni Çağ Medya qrupu rəhbəri Aqil Ələsgər, diaspornews.az saytının rəhbəri Fuad Hüseynzadə, azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli, zeferinfo.az saytının redaktoru Zərintac Mayisqızı iştirak edib.
Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Ramil Əliyev Azərbaycan Mətbuatının yaranmasının ildönümü münasibətilə media nümayəndələrini təbrik edib. Həmçinin Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyətinin işıqlandırılmasında təmənnasız dəstəyinə görə media kapitanları təltif olunub.