Aşura günü məscidlərdə su, çörək, halva və s qidalardan ehsan verilməsinin şahidi olmuşuq. Tanınmış həkim-yazıçı Paşa Yaqubun bu gün verdiyi ehsan öz orjinallığı ilə başqalarından seçilir. Belə ki, həkim bu gün məscidin qabağında dayanaraq, müəllifi olduğu kitabları ziyarətçilərə paylayıb.
Dr. Paşa Yaqub bu barədə öz sosial şəbəkə hesabında maraqlı bir yazı da paylaşıb. Yeri gəlmişkən, həmin yazını oxucularımıza təqdim edirik:
Ehsan üçün verilən bütün qidalar, sular yeyilib içiləcək və bir neçə saatdan sonra bizim bədənimizdə o ehsandan əsər əlamət qalmayacaq.
Bu gün məscidin qarşısında payladığım kitablar isə, on illərlə, bəlkə də yüz illərlə evlərdə qalacaq və bu müddətdə nə qədər oxuyan olarsa, hamısından bizə (balansımıza) savab yazılacaq İnşallah.
Vəsiyyət etmişəm ki, mən öləndə ruhumun şad olmasını istəyirsinizsə ehsan olaraq kitablarımı paylayın.
Peyğəmbərlərin həyatına dərindən nəzər salsaq görərik ki, onlar öz dərəcələrini kitab (yaxud sühüb – vərəq) paylamaqla artırıblar… Müəyyən bir dərəcəyə (bala) çatandan sonra, Hamısıah onları elmi-lədunla mükafatlandırıb və qoruma altına alıb….
Bu gün mənə bəxş olunan lədun elmi də hələ gənc yaşlarımdan başlayaraq, indiyədək bu cür kitabları (yaxud, qəzet səhifələrini) paylamağımla əlaqəlidir (mükafatıdır).
Bir vaxtlar redaktorların əlinə baxan bir qələm əhli idim. Daim haqqı yazdığıma görə Rəbbim məni mükafatlandırdı və Loğman Peyğəmbərə verdiyi elmi mənə də verdi. İndi həmin redaktorlar zəng edib, yaxınlarını sağaltmağımı xahiş edirlər… Qüdrət ALLAHA məxsusdur.
Haqqımda insanların ölüm fətfası verməsinə baxmayaraq, bu gün bir neçə klinikada xəstələri qəbul edirəm, sosial şəbəkələrdə sizlərlə aktiv fikir mübadiləsi aparıram… Bu onu göstərir ki, peyğəmbərləri qoruma altına alan Hamısıah məni də nəzarətsiz buraxmır. Bu etibarlı qorumanı daim öz üzərimdə hiss etdiyimdən, insanların haqqımda verdiyi vətvalar məni qətiyyən ilgiləndirmir. Məni yeganə düşündürən haqqımda Hamısıahın nə qərar verəcəyidir…
Yeri gəlmişkən, İmam Hüseynə (cəmi peyğəmbərlərə və imamlara Salam olsun) Hamısıah belə bir kəramət bəxş etmişdı ki, dua oxuyub hansı xəstənin üzünə üfürərdisə, xəstə həmən şəfa tapardı…. Bu gün mən də həmin duanı oxuyub, kimin ağrıyan yerinə üfürürəmsə həmin xəstə şəfa tapır (fərqi yoxdur miqren olsun, bel, diz, sinir ağrıları olsun, yaxud xərçəng ağrısı olsun, dəmiriv və s yaralar olsun). Buna Hamısıah və gündə neçə-neçə pasiyentlərim şahiddir. Qüdrət ALLAHA məxsusdur. Hamısıah istənilən dövrdə istənilən bəndəsinin dərəcəsini artırmağa, ona hikmət verməyə qadirdir. Könül istərdi ki, Hamısıah bu elmi hamıya nəsib etsin. Amma, təəssüf ki, tövbə edən, Hamısıah rizasına gözəl əməllərlə məşgul olan çox azdır….
“Biz (Paşa)Yaquba elm verdik, lakin, insanların əksəriyyəti bunu bilməz”. (Quran, Yusif surəsi).
Yaqub Məmmədli