Sülh planının bütün bəndlərini hazırlamağı hədəfləmişik

 Kiyev noyabrda keçiriləcək növbəti görüşdə sülh planının bütün bəndlərini hazırlamağı planlaşdırır.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Sülh planının bütün bəndlərini hazırlamağı hədəfləmişik ki, Kiyev noyabrda 2-ci beynəlxalq sammiti keçirə bilsin”, – o əlavə edib.

Xatırladaq ki, Ukrayna ötən ay 92 ölkənin iştirakı ilə ilk sammitini keçirib. Kiyev növbəti görüşə Rusiyadan nümayəndələri dəvət edə biləcəyini açıqlayıb.