Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük orqanları ilə ictimaiyyət arasında uçurum yaradaraq, özünün yarıtmaz fəaliyyəti ilə bağlı olan narazılıqları Komitə sədri cənab Şahin Bağırova qarşı yönləndirir”.
Bu barədə sensasion fikirləri Demokrat.az-a açıqlamasında Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev bildirib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova yazılı müraciət edən Ramil Əliyev deyib ki, Natiq Axundov dəfələrlə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyətinə süni maneələr yaradıb:
Ramil Əliyevin müraciətini təqdim edirik:
“İctimai Şura olaraq ilk fəaliyyətimizi 44 günlük Vətən savaşının yeganə gömrükçü şəhidi olan Ülvi Hacıyevin məzarını və ailəsini ziyarət etməklə başlamağa qərar verdik. Həmin ziyarət və görüşlə bağlı fikirlərimizi media vasitəsilə də cəmiyyətə çatdırdıq. Ancaq Natiq Axundov nədənsə son vaxtlar İctimai Şuranın fəallığından ciddi narahat olmağa başlayıb.
O, bizə dəfələrlə açıq şəkildə bildirir ki, bu cür görüşlərlə siz özünüzü reklam edirsiniz. Ona görə də Dövlət Gömrük Komitəsi İctimai Şuranın bundan sonra keçirəcəyi görüşləri özünün sosial şəbəkə hesablarında yayımlamayacaq.