Elşad Həsənov yenə baltasın əlinə alıb… – Əgər budamadırsa, yerinə YENİSİNİ ƏKİN!

Paytaxt Bakının ən mərkəzi və ən böyük rayonlarından olan Yasamalda yerli icra qurumlarına söykənən özbaşınalıq davam edir. Qeyd edək ki, artıq Dia-az-İnfo olaraq bu rayon ərazisində yaşıllıqlara olan aqressiv məmur münasibətlərindən az qala bir dastan bağlamışıq ki, əksər hallarda neqativləri durdurmağa müəvffəq olmuşuq. Amma olub ki, başında Elşad Həsənovun dayandığı Yasamal RİH-ə söz də kar etməyib və günü bu gün də eyni əhval-ruhiyyə sezilməkdədir…

Narazı Yasamal sakinləri yenə də Elşad Həsənovun adamlarının növbəti OBYEKT YERİ naminə ağacları məhv etməsindən giley edirlər.

Sakinlər yazır: “50 illik şam ağacı Şərifzadə kücəsinin başlanğıcında gecəykən kəsilib. Bu özbaşınalığı kimsə durdura bilmir?

Yəqin kiməsə OBYEKT yeri lazımdır. Cavabdeh qurumlar hara baxır?!”

Qeyd edək kli, dünən Bakı Şəhər İcra Hakimiyyəti adından paytaxtdakı BUDAMA işləri ilə bağlı informasiyalar da yayıldı. Amma Yasamal sakinləri narahatdır ki, qeyd olunan ünvanda kəsilən ağacın yeri məhz hansısa OBYEKT üçün hazırlanır. Buna görə də, kəsilən ağacın yerində yenisinin əkilməsini tələb edirlər…




Mənbə