AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN MƏRKƏZİ KOMİTƏSİNİN BƏYANAT

Əziz həmvətənlər, hörmətli ADF mənsubları!
İran İslam Respublikasında keçirilmiş son prezident seçkiləri Azərbaycan
Demokrat Firqəsinin “Azadlıq, Ədalət və Milli Hökumət” şüarının həyatiliyini və
tələblərini dəyişməyib.
Əvvəllər İranda türk kökənli şəxslər də hökumət başçısı seçilmişlər. Lakin xalq şah
rejiminin baş naziri Əmir-Abbas Hoveydanın, molla rejiminin yaratdığı Bənisədrin
hökumətlərini görmüş və onları lənətləmişdir. Bəli, onlara da azərbaycanlıdırlar
deyərək millətə sırıyanlar əslində ən böyük cinayətkar idilər. “Fərəh”ə, “Ququş”a
azərbaycanlıdır deyənlər xalqın tarixi arzu və istəklərini bilir və onun boyük
gücündan qorxaraq bu oyunlara əl atırdılar.
Azərbaycanın milli hüquqlarını tanımayan, onu danan və görmək istəməyən
siyasətçilərlə, siyasi qüvvələrlə barışmaq niyyətimiz yoxdur və sonadək mübarizə
cəbhəsindəyik.
Bizimlə milli mücadilədə cinah yoldaşı olan siyasi və mədəni cərəyanların
mənsublarına bunları çatdırmağı özümüzə borc bilirik.
1. “Azadlıq, Ədalət və Milli Hökumət” şüarımız yarandığı gündən yenə
dəyişilməz olaraq qalmaqdadır;
2. Siyasi şəxsiyyətlərin qiyməti seçki öncəsi verdikləri vədlərlə deyil, konkret
əməllərə görə müəyyənləşdirilsin;
3. Milli oyanış dövrünü yaşayan xalqımızın əhval-ruhiyyəsi ilə siyasi
manipulyasiya etmək cəhdlərinə qətiyyən yol verməməli və belə halları ifşa
etməyi özümüzə borc bilməliyik;
4. “Azadlıq, Ədalət və Milli Hökumət” şüarını irəli sürənlərin hər biri
kimliyindən asılı olmayaraq bizim dostumuz və yol yoldaşımızdır.

Unutmayın ki, şirazlı, xuzistanlı, kürd və lor ilə bizim heç bir problemimiz
yoxdur. Zülmün mənbəyi din altında maskalanmış istibdan rejimi və onun yerli
nökərləridir.

Azərbaycan Demokrat Firqəsinin
Siyasi Heyəti
06.07. 2024