Azərbaycan və ŞƏT əməlkdaşlığının böyük perspektivləri vardır

 Şanxay Əməkdaşlıq Təşkilatının iyulun 3-4-də Astanada keçirilən Zirvə görüşündə ölkəmizin iştirakı bu təşkilata daxil ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyədə oluğunun göstəricidir. Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Çin, Türkiyə, Pakistan, Qazaxıstan prezidentləri ilə ikitərəfli görüşlərin keçirilib. Bu görüşlərdə dövlət başçımız ölkələrarası münasibətlərin inkişaf etdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.

“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə ediblər. Toplantının əsas siyasi sənədi olan Astana Bəyannaməsi imzalanıb. Bu sənəd ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyub, təşkilatın fəaliyyətini qiymətləndirərək gələcək üçün istiqamətləri müəyyənləşdirib. Astana Sammitində Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul edilib.
Xatırlatmaq yerinə düşər ki, hazırda ŞƏT-ə Qazaxıstan sədrlik edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edir.
Azərbaycanın ŞƏT ilə əməkdaşlığının inkişaf etdirilməsində böyük perspektivlər mövcuddur. Çünki Azərbaycanın ərsəyə gəridiyi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ŞƏT ölkələri üçün nəqliyyat logistik daşımaların həyata keçirilməsində yeni imkanlar yaradır. Belə ki, BTQ dəmir yolunun yük buraxma gücü 5 milyon tona çatdırılması və Zəngəzur dəhlizinin açılması ŞƏT ölkələrə Avropa ölkələri ilə daşımaların həyata keçiriklməsində yeni bir səhifə açır. Həm də ölkəmizin ŞƏT-də müşahidəçi statusun verilməsi məsələsi müzakirə olunacaq.
Azərbaycanın ŞƏT ilə əməkdaşlığı hər iki tərəfin maraqlarına xidmət edir və iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, eksterimizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə etməklə dövlətlərarası münasibətləri möhkəmləndirir. Prezident İlham Əliyevin apardığı uğurlu beynəlxalq siyasi kursu sayəsində Azərbaycan müxtəlif beynalxalq platformalarda iştirak edən nüfuzlu tərəfdaşa çevrilmişdir.
Beynəlxalq aləmdə tolerantlığın və multikulturalizmin beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə də humanitar sahələrdə fəal əməkdaşlıq əlaqələri qurub. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı ilə ölkəmiz dünyanı narahat edən ən mühüm humanitar məsələlərin müzakirə olunduğu forum və konfranslara yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycanın bu sahədə qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.

Türkan Cümşüdova – YAP üzvü