Enerji infrastrukturunun zədələnməsi səbəbindən Ukraynanın beş bölgəsi qismən işıqsız qalıb.
Bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukraynanın Kiyev, Sumı, Çerniqov, Xarkov və Dnepropetrovsk vilayətlərində enerji sistemi obyektlərində baş vermiş qəzalar səbəbindən enerji təchizatı qismən kəsilib.