Türkiyə tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan Respublikası mənşəli malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında fərmana düzəliş edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənəd imzalayıb.
“1567 saylı Qanunun 1-ci, 474 saylı Qanunun 2-ci, 3283 saylı Qanunun 2-ci, 4458 saylı Qanunun 16-cı, 22-ci və 55-ci məddələri ilə 2976 saylı Qanun, 7260 saylı Qanun və 7497 saylı Qanunun müddəalarına əsasən əlavəli “Azərbaycan Respublikası mənşəli bəzi malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında fərmanda düzəliş edilməsi haqqında fərmanın” qüvvəyə minməsinə qərar verilmişdir”, – sənəddə qeyd olunub.
Dəyişikliyə görə, içkilər daxil olmaqla bir sıra içəcəklərin 15 000 hektolitr kvota daxilində baza tarif dərəcəsinin 100 % azaldılması nəzərdə tutulub.
Fərman iyulun 1-də qüvvəyə minəcək.
“Bu Fərmanın müddəalarını ticarət naziri icra edir”, – sənədin son maddəsində vurğulanıb.
Xatırladaq ki, mayın 10-da Azərbaycanla Türkiyə arasında yenilənmiş Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılmışdı.