Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, 08.06.2024-cü il tarixində “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin fəaliyyət planına əsasən, Azərbaycan Silahlı Qüvələrinin yaranması günü ərəfəsində və 25 iyun Qədir-Xum bayramı günündə müharibə veteranlarının və ictimayyətinin nümayəndələrinin iştirakı ilə, 25 iyun 2024-ci il tarixində, Vətən Müharibəsinin ən gənc Şəhidi İbrahimli Cavidan Nizami oğlunun ailəsi ziyarət edilərək, ailənin tibbi-sosial ehtiyaclarını öyrənib, ailəyə mənəvi dəstək verildi.
İlk öncə, şəhid Cavidan İbrahimlininSəbail rayonu, Badadar qəsəbəsində yerləşən məzarı ziyarət edilərək, onun adına Yasin surəsi oxundu və şəhidin anası Gülnaz İbrahimovaya və qardaşları Kənan, Şamxal İbrahimiyə dərin hüzünlə baş sağlığı verilərək mənəvi dəstək olaraq həmrəylik nümayiş etdirdilər.
Daha sonra şəhidimiz Cavidan İbrahimovun Səbail rayonu, Badadar qəsəbəsində böyüyüb boya-başa çatdığı ocağda şəhidimizin Anım – Məclisi təşkil edilərək ailəyə mənəvi dəstək verildi.
“ARBƏD”-Fondunun prezidenti və “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin rəhbəri Sərraf Orucov həyata keçirilən layihə haqqında məlumat verərək bildirdi ki, Qarabağda və Vətən müharibəsində Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhadətə ucalmış şəhid ailələri arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğulunu şəhid vermiş ailələrimiz vardır. Belə aillərimizdən biridə, Şəhidi Cavidan İbrahimlinin ailəsidir. Belə ki, Cavidan İbrahimlinin atası Nizami İbrahimov könüllü olaraq 1990-1993-cü illərdə Qarabağ müharibəsində iştirak etmiş və müharibədə sağlamlığını itirərək ağır xəstəliyə düçür olmuşdur.
Ailənin ən kiçik oğlu Cavidan İbrahimli 2020-ci il, Azərbaycan Silahlı Qüvəllərinin tərkibində Cəsur döyüşçü kimi, Azərbaycan Respublikasının torpaqlarının ərazi bütövlüyünün bərpası uğrunda başlanımış və cəmi 44 gün davam etmiş Vətən müharibəsində Xocavənd və Füzuli rayonlarının azad olunmasında qəhramancasına döyüşərək canını qurban verərək Şəhidlik zirvəsinə ucalmışdır.
Cavidan İbrahimli Xocavənd və Füzuli rayonlarının azad olunmasında göstərdiyi igidliklərə görə 3 –cü dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni, “Vətənə Uğrunda ”, “Xocavəndin azad olunmasına ”, “Füzuli azad olunmasına ” medallarına təltif olunmuşdur. Bu gün onun böyüyüb, başa çatdığı Səbail rayonu, Badadar qəsəbəsində yerləşən küçə Cavidan İbrahimov adını daşıyır.
Nizami İbrahimov son beşik oğlu Cavidan şəhid olduqdan 1 ay sonra evlad itkisinə dözə bilmədiyi üçün hak dünyasına qovuşmuşdur. Bu gün onun ailəsi və 2 evladı qədir bilən Xalqımzıza əmanəti qalıb.
Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların qayğısı deyil, bütün cəmiyyətin əsas problemi sayılmalıdır. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.
Bu məqsədlədə, “ARBƏD”-Fondunun Himayəçilik Şurasının üzvülərinin təşəbbüsləri ilə ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Şəhidlərimizin mövlud və anım məclislərini təşkil edib, şəhid aillərinə mənəvi dəstək verərək onlara həmrəylik nümayiş edirik.
“ARBƏD”- Fondunun Binəqədi rayon şöbəsinin sədri, Hacı Teymur Əliyev, Fondunun Nizami rayon şöbəsinin sədri, Əfqanıstan, Qarabağ müharibəsinin veteranı ehtiyatda olan polkovnik–leytenat Əskər Babayev çxış edərək şəhidin ailəsinə və məclis iştirakçılarına bildirdilər ki, “Canlarını Vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcılarıdır. Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim nəsillərdən-nəsillərə keçərək, həqiqi vətənpərvərlik nümünəsi kimi, dərin ehtiramla yad ediləcəkdir!”
Çıxış edənlər öz çıxışlarınında, şəhidlərimizin mövlud və anım məclislərini Şəhid Cavidan İbrahimlinin Anım-Məclisini nümunə göstərərək, Xalqla həmrəylik nümayiş edib şəhidin ailə üzvüləri, hökümət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə birgə keşiriməsini tədqirə layiq hesab etdilər.
Şəhid Cavidan İbrahimlinin anası Gülnaz İbrahimova çıxış edərək, Səbail rayonunda şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının və digər həssas əhali qrupunun lazımi qayğı ilə əhatə olunduğu, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu qeyd etdi. Daha sonra Gülnaz İbrahimova və Məclisdə iştirak edən şəhidin Qazi döyüşçü yoldaşları öz çıxışlarının sonunda, Şəhid aillərinə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Səbail Rayon İcra Hakimiyyətinin başçısı cənab Vuqar Zeynalova və həmçinin Azərbaycanda Şəhid aillərinə mənəvi dəstək və diqqət-qayğı verərək nümunə kimi həyata keçirilən “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin icrasına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “ARBƏD”- Fondunun kolektivinə öz minnətdarlıqlarını bildirilər.
Daha sonra şəhid Cavidan İbrahimlinin anası İbrahimovaya Gülnaz Adil qızı Nümunəvi Şəhid anası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiyyəsi uğrunda döyüşərək Canını qurban verib Şəhidlik zirvəsinə ucalmış Qəhrəman övlad yetişdirdiyinə görə rəmzi Azərbaycan bayrağı hədiyyə edilərək, “XEYİRXAQ VƏ MƏRHƏMƏTƏ GÖRƏ”- medalı ilə və “FƏXRİ FƏRMAN”- la təltif edildı.
Şəhid Cavidan İbrahimlinin qardaşları Kənan, Şamxal İbrahimli şəhid qardaşları kimi, Azərbaycan Respublikasının Dövlət siyasətinin həyata keçirilməsində, Gənclərin hərbi-vətənpərvərlik ruhunun aşılaması istiqamətində etdiyi xidmətlərinə və Şəhid aillərinə, müharibə qazilərinə, veteranlarına göstərdiyi diqqət- qayğıya görə, “ARBƏD”-Fondunun Fəxri üzvü vəsiqələri ilə və “FƏXRİ-FƏRMAN” təqdim edildi.
Məclisdə həmçinin, layihənin hüquqşunastı, Qarabağ müharibəsinin veteranı Mobil Vəkiloğlu və layihənin həkim psixoloqu Türkan İsrafilova tərəfindən şəhidin ailəsinə və müharibə veteranlarını maraqlandırlan tibbi–sosial mələllər haqqında çıxış edərək ətraflı məlumat verildi.
Məclisin sonunda Şəhidlərimizin xatirələrini yad etmək məqsədi ilə, Əhli-Beyit (Ə) Şairi Yadigar Cəfərov şəhid Cavidan İbrahimlinin adına yazdığı şeyiri və şəhidlərə həsr olunmuş şeyirlər səsləndirdi və xatirə şəkilləri çəkildi