440 manat kredit götürdü, 74 gün ərzində borcu 924 manat oldu – “AZPULMAT” VƏTƏNDAŞLARI MÜFLİS EDİR

Şəmkir rayonu, Morul kənd sakini Qəribzadə Nizami Mahir oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi narazılıq edir ki, “Azpulmat”dan onlayn qaydada götürdüyü kredit qısa müddətdə 2 dəfə artıb və bu səbəbdən faiz borclarını ödəyə bilmir:

“Mən, Qəribzadə Nizami Mahir oğlu, yazaraq xahiş edirəm ki, mənim bu məsələmə baxılsın.

Bu ilin 7 aprel tarixində tanışım üçün “Azpulmat”dan 440 manat pul götürdüm. 74 gün keçib və həmin məbləğ 924 manat olub. İndi yaxınım 440 manat pulu ödəmək istəyir, ancaq faizini verə bilmirik. Çünki vəziyyətimiz çox pisdir, maddi gücümüz çatmır. Rahat şəkildə ödəyəcyimizi düşünürdük, amma elə olmadı”.(Hürriyyət)