Rusiya prezidenti Vladimir Putin yenə hədə dili ilə danışıb.
Putin Şimali Koreya və Vyetnama səfərindən sonra Hanoyda keçirdiyi mətbuat konfransında Rusiyanın Ukrayna ilə müharibədə strateji məğlubiyyətə uğrayacağı təqdirdə, ekstremal tədbirlərə əl atmağa və nüvə silahından istifadə etməyə hazır olduğunu açıqlayıb.
Putinin sözlərinə görə, Qərb Rusiyanı strateji məğlubiyyətə yaxınlaşdırarsa, Moskva ən ekstremal tədbirlərə əl ata bilər.
“Rusiya üçün bu, onun dövlətçiliyinin sonu deməkdir. Bu, Rusiya dövlətinin min illik tarixinin sonu deməkdir. Məncə, bu hamıya aydındır.
Və sonra sual yaranır: niyə qorxmalıyıq? Bütün yolu getmək daha yaxşı deyilmi? Bu elementar formal məntiqdir”.
Eyni zamanda, Putinin fikrincə, Rusiyanın hələ də qabaqlayıcı zərbə endirməsinə ehtiyac yoxdur.