Almaniya xarici işlər naziri Annalena Berbok Yaxın Şərqə səfər edəcək.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Berbok Avropa Birliyi xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündən sonra 24 iyunda İsrailə gedəcək. O, Qüdsdə israilli həmkarı İsrail Katzla görüşəcək.
Bundan əlavə, Berbok 25 iyunda da Fələstin Baş naziri Məhəmməd Mustafa ilə danışıqlar aparacaq. Berbokun Yaxın Şərq turnesi Livanda başa çatacaq.