“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi layihə icrasına start vermişdir

“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi öz missiyasını yenidən icra etməyə başlamışdır.

Vətəndaş cəmiyyətinin mənafelərinin qorunub saxlanılması və xüsusən onların həssas təbəqəsinin hüquqlarının təmini istiqamətində “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə «Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə hüquqi yardım» adlı layihəsinin icrasına başlamışdır.

“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin ödənişsiz hüquqi yardımların göstərilməsi sahəsində həyata keçirdiyi layihəsi 01 iyun 2024-cü il tarixində başlamış, 31 avqust 2024-cü il tarixində bitəcəkdir. İctimai Birlik göstərilən tarix aralığında Sabirabad, Saatlı və Kürdəmir rayonlarında vətən müharibəsi iştirakçıları, şəhid ailələrinə hüquqi yardımların göstərilməsini planlaşdırır.

Layihədən faydalanmaq istəyən həssas qrupun üzvləri facebook (pulsuz hüquqi xidmət səhifəsi), whatsApp ((055) 858-55-59) sosial şəbəkələr üzərindən layihəyə cəlb olunmuş vəkil ilə əlaqə saxlaya biləcəklər. Belə ki, layihənin icrasına Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov cəlb olunacaqdır. Araz Nurməmmədov vətəndaşların qəbulu həyata keçirərək, onlara şifahi və ya yazılı formada hüquqi xidmət göstərəcəkdir.