“Tarixi Zəfər mövzusunda intellektual yarışın təşkili” adlı layihəsinin icrasına başlanılıb

“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tarixi Zəfər mövzusunda intellektual yarışın təşkili” adlı layihəsinin icrasına başlamışdır.

Ərazi bütövlüyümüzün bərpası və milli qürurumuzun təntənəsi münasibətilə gənclər arasında Kim? Harada? Necə? intellektual müsabiqəsinin təşkil edilməsi və onların intellektual bacarıqlarının inkişaf etdirilməsi sahəsində “Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tarixi Zəfər mövzusunda intellektual yarışın təşkili” adlı intellektual müsabiqəsi üzrə layihəsinin icrasına başlamışdır.
“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi Kim? Harada? Necə? intellektual müsabiqəsini 18 iyul 2024 – 22 iyul 2024-cü il tarixlərində Bərdə, Ağdam və Tərtər rayonlarında keçirəcəkdir. İntellektual müsabiqəyə qoşulmaq istəyən və adıçəkilən rayonlarda məskunlaşan gənclər 5 nəfər olmaqla, qrup şəklində müraciət edə bilərlər. Hər bir rayonda formalaşmış qruplar arasında seçim turu keçiriləcəkdir. Seçim turundan uğurla keçmiş qruplar Bərdə rayonunda yerləşən müsabiqəyə qoşula biləcəkdir. Yarışlarda iştirak edən gənclər müsabiqədə iştirak edilməsi barədə sertifikat, qalib gələn gənclər isə qalib olması barədə sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.

Seçim turu üçün son tarix: 04 iyul 2024-cü il
Əlaqə üçün: Layihə rəhbəri Aydın Zeynalov (e-mail – [email protected]; tel: (055) 292-96-55)