“Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır” – BƏYANAT

“Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır”.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır.

“Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir.

Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır”, – Nazirlikdən bildirilib.