Şuşa Bəyannaməsi- strateji hədəflər

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi regiona yönəlmiş görünən və görünməyən təhdidlərin aradan qaldırılmasında mühüm əhəmiyyəti olan tarixi sənəddir. Dünyada belə tendensiya olub ki, imzalanmış sənədlər məkanın adı ilə tarixdə qalır. Bu baxımdan Şuşa Bəyannaməsi həm imzalanma məkanına, həm də strateji hədəflərinə görə, bizim üçün çox qiymətlidir.
Bəyannamədə dəqiq bildirilmişdi ki, regiona təhdidlə yanaşan qüvvələr qarşılarında Türkiyə-Azərbaycan əmədaşlığının yaratdığı möhkəm gücü, hərbi əməkdaşlığı görəcəklər.
Şuşa Bəyannaməsinin digər bir əhəmiyyəti ondan ibarətdir ki, nəhəng iqtisadi layihələrin gerçəkləşməsi üçün zəruri təminat yaratmaq, bir sıra dövlətləri nəhəng tranzit layihələrin icrasına cəlb etməkdir. Çünki Azərbaycanın təqdim etdiyi iqtisadi əməkdaşlıq modeli regionda sülhün bərqərar olmasında çox effektli mexanizmdir. Cənubi Qafqaz regionunda sabitliyə, Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı təxribatlar olcaqsa, əvəzində çox kəskin cavab tədbirlərinin tətbiq olunacağı şübhəsizdir.
Bir çox nəhəng layihələrin, o cümlədən Zəngəzur dəhlizinin reallaşması isə bütün türk dünyası arasında əməkdaşlıq üçün yeni imkanlar açır. Belə əlaqələrdən hər bir ölkə faydalanacaq. Əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsi statusunda olan Şuşa Bəyannaməsi və digər işlər inanırıq ki, zaman keçdikcə effektiv nəticələrini verəcək.
Ekrem Beydəmirli