15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı sərgi təşkil olundu

Layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın olduğu YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə dəstəyi ilə 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı sərgi təşkil olundu. Sərgidə müxtəlif yaş qruplarından olan 50 rəssam iştirak edirdi. Sərgidə iştirak edən dünyaxeber.org saytının rəhbəri Dünyaxanım Əliyeva , ADPU-nun müəllimləri Səmayə Rzayeva, Afər Fəttahova, Fialeta Babayeva, Naibə Vəliyeva , Səyyar Əliyev ADRA-nın müəllimi Zinaida Mirzəzadə, Səadət Cəfərova, Vüsalə Yunusova, Aynur Yunusova, Arzu Məmişova, Ülviyyə Mehtiyeva, Tamerlan Məmmədov, yeniyetmə rəssam Süsən Əliyeva, Əsmər Abdullazadə çıxışlarında iştirakçıları təbrik edib uğurlar arzuladılar. Sonda iştirakçılara diplom təqdim olunub, xatirə fotoları çəkildi.

Müxbir: Aygün Oqtay
Fotoqraf : Camal