Məşhur müğənni niyə telefondan istifadə etmir? – Bir dəfə atamla nahar edirdim…

 Məşhur müğənni Ed Şiran on ilə yaxındır telefondan niyə istifadə etmədiyinin səbəbini açıqlayıb.

“2015-ci ildən telefon nömrəm yoxdur. Bu yaxınlarda mənə “Boston”un oyununa gedərkən şəklimi çəkmək üçün telefon verdilər. Lakin o telefondan da istifadə etməmişəm”, – deyə müğənni bildirib.

O, niyə belə bir qərar verdiyin i də açıqlayıb. “Bir dəfə atamla nahar edirdim və telefonuma mesajlar və bildirişlər gəlirdi. Daim yoxlamalı olurdum. Baş düşdüm ki, canlı əlaqələrim azalır. O vaxtdan bəri telefondan imtina etdim, yalnız həftədə bir dəfə “iPad” və e-poçtu yoxlayıram”, – Şiran izah edib.(People)

Mənbə