Azərbaycan və Tacikistan bir-birinin ərazisində meyvə bağları salacaq

 

 Tacikistan Azərbaycanda “Dostluq Ərik bağı” salmağı planlaşdırır.

Bunu ölkənin kənd təsərrüfatı naziri Kurbon Hakimzoda deyib.

Onun sözlərinə görə, Azərbaycan da öz növbəsində Tacikistanda “Dostluq Nar bağı” salacaq.