Küveytin cənubundakı Manqaf şəhərində işçilərin yaşadığı binada baş verən yanğında azı 41 nəfər ölüb.
Bu barədə “Reuters” məlumat yayıb.
Küveytin daxili işlər naziri Şeyx Fəhad Yusuf Səud Əs-Sabah hadisə yerinə səfəri zamanı daşınmaz əmlak sahiblərini qanun pozuntularında günahlandıraraq bu amillərin insidentə səbəb olduğunu bildirib.
13:17
Küveytin cənubundakı Manqaf şəhərində işçilərin yaşadığı binada yanğın baş verib, ən azı 35 nəfər həlak olub.
Bu barədə “Reuters” məlumat yayıb
Qeyd edək ki, rəsmilər yanğının qarşısını aldıqlarını və hadisənin səbəbini araşdırdıqlarını bildiriblər.