Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, 08.06.2024-cü il tarixində “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin tədbirlər proqramına əsasən Vətən müharibəsinin qəhraman şəhidi Qurbanov Mayıl Mayis oğlunun 28-ci mövlud məclisini keçirtdi.
Məclis, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuşların və Umummıli lider Heydər Əliyevin xatirəsini yad edildikdən sonra, Azərbaycan Dövlət himmi illə başladı.
“ARBƏD”- Fondunun Binəqədi rayon şöbəsinin sədri Hacı Teymur Əliyev şəhid Mayıl Qurbanovun mövluduna Yasin surəsi oxunduqdan sonra, “ARBƏD”-Fondunun prezidenti Sərraf Orucov “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, 1990-1993-cü illərdə Qarabağ müharibəsində, 2020-ci il 44 gün davam etmiş Vətən müharibəsində və 19-20 sentyabr 2023-cü ildə keçirilmiş lokal antiterror əməliyatında iştirak edərək Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhadətə ucalmış şəhid ailələri arasında çoxlu sayda az yaşlı uşaqları olan, eyni zamanda həyat yoldaşını və 2 oğulunu şəhid vermiş ailələrimiz vardır. Belə aillərimizdən biridə, Şəhidi Mayıl Qurbanovun ailəsidir.
Şəhid Mayıl Qurbanov 1996-cı il iyunun 8-ndə İmişli rayonunun Xoşçobanlı kəndində anadan olmudur. 2014–cü ildə İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti tərəfində xidmətə çağırımış və Naxçıvanda xidməti vəzifəsini layiqincə yerinə yetirib 2016-cı il yanvarın 2-də evlərinə qaytmışdır.
Mayıl Qurbanov 2020-ci ilin sentyabrın 27-də könüllü olaraq yenidən silaha sarılaraq, Azərbaycan Silahlı Qüvəllərinin tərkibində Cəsur döyüşçü kimi, Azərbaycan Respublikasının torpaqlarının ərazi bütövlüyünün bərpası uğrunda başlanımış və cəmi 44 hün davam etmiş Vətən müharibəsində Cəbrayil və Qubadlı rayonlarının azad olunmasında ikidlikcəsinə döyüşmuşdür. Şəhidi Mayıl Qurbanov noyabrın 3-də Qubadlının azad olunması uğrunda gedən ağır döyüşdə qəhramancasına döyüşərək canını qurban verərək Şəhidlik zirvəsinə ucalmışdır. Qəhraman Şəhidimizin məzarı böyüyüb boya-başa çatdığı doğma İmişli rayonunun Xoşçobanlı kəndindədir. Ailləli idi, iki az yaşlı Xədicə və Məryam ğızlarını qədir bilən Xalqımzıza əmanəti qalıb.
Etiraf etmək lazımdır ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranların cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı var. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların qayğısı deyil, bütün cəmiyyətin əsas problemi sayılmalıdır.
Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına diqqət və qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir.
Buna görədə həyata keçirilən, “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin əsas məqsədi, ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Bakı və Şirvan şəhərlərində şəhid ailələrinin evlərini ziyarət edərək, onların zəruri tibbi-sosial ehtiyaclarını öyrənmək və problemlərinin həllinə hüquqi və mənəvi dəstək göstərməkdir.
Bundan əlavə isə “ARBƏD”-Fondunun Himayəçilik Şurasının üzvülərinin təşəbbüsləri ilə ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Şəhidlərimizin mövlud və anım məclislərini təşkil edib, şəhid aillərinə mənəvi dəstək verərək onlara həmrəylik nümayiş edirik.
“ARBƏD”- Fondunun 1-ci vitse-prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin, Qarabağ müharibəsinin veteranı, Azərbaycan bayrağı ordeninə təltif olunmuş ehtiyatda olan polkovnik Hikmət Ağayev çxış edərək məclis iştirakçılarına və şəhid aillələrinə xususi ilə qeyd etdi ki, Canlarını Vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcılarıdır. Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim nəsillərdən-nəsillərə keçərək, həqiqi vətənpərvərlik nümünəsi kimi, dərin ehtiramla yad ediləcəkdir!
Şəhid Mayıl Qurbanovun atası Mayis Qurbanov və məclisdə iştirak edən digər şəhid ataları Qudrət Huseynov, Tağı Zeynalov, İslam Bayramov, Biləcəri Qəsəbəsinin icra nümayəndəsi Osman Qasımov, şəhidin qazi döyüş yoldaşlar, Vətən muharibəsinin ehtiyatda olan polkovnik–leytenat Asif Rəsulov, mayor Ənvər Qarayev və şəhidin orta məktəb müəllimləri çıxış edərək, Azərbaycanda Şəhid aillərinə mənəvi dəstək və diqqət-qayğı verərək nümunə kimi həyata keçirilən belə bir əhəmiyyətli “Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin icrasına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kolektivinə öz təşəkkürlərini bildirdilər. Çıxış edənlər öz çıxışlarının sonunda qeyd etdilər ki, nə qədər ki, Azərbaycan xalqı, dövləti var, qəhrəmanlarımız yaşayırlar və yaşayacaqlar!
“ARBƏD”-Fondunun hümanitar şöbəsinin müdürü Babək Qocayev, “ARBƏD”- Fondunun Binəqədi rayon şöbəsinin sədri Hacı Teymur Əliyev çıxış edərək şəhidlərimizin Mövlud və anım məclislərini Şəhid Mayıl Qurbanovun mövlud məclisi kimi nümunə göstərərək, Xalqla həmrəylik nümayiş edib şəhidin ailə üzvüləri, hökümət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə birgə keşiriməsini tədqirə layiq hesab etdilər.
Daha sonra şəhid Mayıl Qurbanovun anası Qurbanova Aqidə Sətdar qızı və şəhid Rəhim Hüseyinovun atası Qudrət Huseynov, Nümunəvi Şəhid valideyinləri kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiyyəsi uğrunda döyüşərək Canını qurban verib Şəhidlik zirvəsinə ucalmış Qəhrəman övlad yetişdirdiyinə görə “XEYİRXAQ VƏ MƏRHƏMƏTƏ GÖRƏ”- medalı ilə və “FƏXRİ FƏRMAN”- la təltif edilir. Şəhid Mayıl Qurbanovun xalqımzıza əmanət qoyduğu iki az yaşlı Xədicə və Məryam övladlarına rəmzi Azərbaycan bayrağı hədiyyə edildi.
Məclisdə həmçinin bir qrup müharibə veteranlarına və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikasının Dövlət siyasətinin həyata keçirilməsində, Gənclərin hərbi-vətənpərvərlik ruhunun aşılaması istiqamətində etdiyi xidmətlərinə və Şəhid aillərinə, müharibə qazilərinə, veteranlarına göstərdiyi diqqət- qayğıya görə “FƏXRİ-FƏRMAN”- la və medallarla təltif edildilər.
Məclisdə şəhidin ailə üzvüləri ilə bərabər hökümət və ictimaiyyət nümayəndələri, şəhid ailləri, müharibə qaziləri, veteranlar iştirak edərək, şəhid Mayıl Qurbanovun ailəsinə mənəvi dəstək olaraq həmrəylik nümayiş etdirdilər.
Məclisdə həmçinin, layihənin hüquqşunastı Mobil Vəkiloğlu və layihənin həkim psixoloqu İbrahim Əsədli tərəfindən şəhid aillərini və müharibə qazilərini, veteranlarını maraqlandırlan tibbi–sosial mələllər haqqında çıxış edərək ətraflı məlumat verildi.
Məclisin sonunda Şəhidlərimizin xatirələrini yad etmək məqsədi ilə, Əhli-Beyit (Ə) Şairi Yadigar Cəfərov şəhidlərə həsr olunmuş şeyirlər səsləndirdi və xatirə şəkilləri çəkildi.