ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskidən bu ilin əvvəlində Respublikaçıların Konqresdəki müxalifəti səbəbindən Kiyevə yeni hərbi yardım paketinin qəbulunu gecikdirdiyinə görə üzr istəyib.
Bu barədə CNN məlumat yayıb.
Bayden Fransada Zelenski ilə ikitərəfli görüş zamanı Ukraynaya yeni yardım paketini elan edib: “Sən əyilmədin, heç təslim olmadın, mübarizəni davam etdirirsən və biz səni tərk etməyəcəyik. Qəbul etməli olduğumuz qanun layihəsini qəbul etməkdə çətinlik çəkdiyimiz üçün maliyyə baxımından nə baş verəcəyini bilmədiyimiz həftələr üçün üzr istəyirəm.
İndiyə qədər mən altı əsas maliyyə paketi elan etmişəm. Bu gün mən həm də elektrik şəbəkəsini bərpa etməyinizə kömək etmək üçün əlavə 225 milyon dollarlıq paket imzalayıram”.