Bir daha fenomen şəxsiyyət haqqında

Tanrı insanı yaradan gündən bəşər tarixi yaranmışdır. Bəşərin tarixi cəmiyyətin tarixi demək- dir. Cəmiyyətin tarixi ona görə yaranmışdır ki, insanlar yaşadığı günlərdən dönüb arxaya baxsın, keçib gəldiyi zamanın tarixindən ibrət alaraq öz gələcək yolunu, fəaliyyət istiqamətini müəyyənləşdirsin. Bunun üçün insan tarixdə tarixin səhifələrini öz şanslı və əbədiyaşar əməlləri ilə bəzəyən şəxsiyyətlərin tarixi rolunu bilməlidir. O bilməlidir ki, tarix necə şəxsiyyətlər yaradır, bu şəxsiyyətlər öz növbəsində tari- xi necə yaradırlar? İnsan bilməlidir ki, cəmiyyəti xoşbəxtliyə aparan yolda Tanrı insanları niyə əvvəl imtahana çəkir, sonra ona tale bəxş edir?! O bilməlidir ki, niyə kimsə bu dünyada ona verilən müvəqqəti həyatı şən-şux, deyə-gülə yaşayır, kimisə ah-ufla ömrü başa vurur? İnsan onu da bilməlidir ki, Hamısıahın yazısı ilə yaşayan bu insanların fərqi orasındadır ki, birincilər yaşayır, yaşadır və yaradırlar. Yaradanlar və yaşadanlar sağlığında əbədiyyətə qovuşurlar. Belə şəxsiyyətlər bəşər tarixində tək-tək olmuşdur. Bu insanlardan biri də Heydər Əliyevdir. Tarix H.Əliyevi ona görə yaratmışdır ki, bu insan əsrlərlə yadelilərin is tismarına düçar olan Azərbaycan Heydər Əliyevin yaratdığı tarixi açıb vərəqləyəndə, şəxsiyyəti haq qında düşünəndə ilk təsəvvürdə canlanan onun milli vətəndaş, siyasi dövlət rəhbəri kimi bənzərsiz simasıdır. Bu sima dahi bir rəhbərin öz xalqına, millətinə, cəmiyyətimizin hər bir üzvünə təmənnasız xidmət etmək, öz xoşbəxtliyini xalqının xoşbəxtliyində görmək istəyində parlayır!

Heydər Əliyevin yaratdığı yeni tarix səhifəsində insan amili-azərbaycanlı anlayışı iri hərflərlə yazılır və gur səslə vurğulanır. Xalqın milli müstəqillik ideologiyası, istiqlal düşüncə tərzi məhz tariximizin bu səhifəsində formalaşıb möhkəmlənmişdir.

Bəşəriyyətin yaratmış olduğu bütün mənəvi sərvətlərlə öz zehnini zənginləşdirdiyi üçün ulu öndərin çoxcəhətli fəaliyyətində milliliklə ümumbəşərilik, klassika ilə müasirlik, klassika ilə müasirlik, ənənə və novatorluq, humanizmlə prinsipiallıq, siyasi qətiyyətlə xəlqilik vəhdət təşkil edir.

Elmin, təsərrüfatın, sənayenin, siyasətin, psixologiyanın, tarixin, fəlsəfənin, ədəbiyyatın, incəsənətin bir sözlə həyatımızın bir çox sahələrinin bilicisi, böyük hamisi, təşkilatçısı və mayakı olan H.Ə.Əliyev universallığı bənzərsiz, fenomendir. Heydər heyrətamiz qlobal dünyanın artan müasir inkişaf etmiş nümunəvi şəxsiyyətdir. O, memarla istedadlı arxitektor, yazıçı ilə ədəbiyyatşünas-estetik, aqranomla mahir bir mütəxəssis kimi danışıb öz real göstərişlərini verirdi.

Özü bir insan kimi hərtərəfli fövqəladə istedada malik olduğu üçün dünyanın sivil ölkələrinin ən nüfuz lu siyasi xadimləri ilə müqayisədə fərqli yüksək mövqedə dayanırdı. H.Əliyevin milli mədəniyyətimizin ədəbiyyatımızın ənənə və novator- luq, klassika və müasirlik əsasında inkişafına etdiyi təsiri, qayğı və köməkliyi heç bir ölkənin heç bir rəh bərinin fəaliyyəti ilə müqayisə oluna bilməz. Heydər Əliyev ədəbi simalarımızın, bədii xəzinəmizin incilərinin XX əsrin insanlarına çatdırılmasında misilsiz xidmətlər göstərmişdir. Ulu öndər şeir-sənət hamisi, sülh, əmin-amanlıq, gözəllik pərəstişkarı idi.

Onun təşəbbüsü ilə neçə-neçə istedadlı şairə yubiley təntənəsi keçirilmiş, heykəllər ucaldılmış, adları əbədiləşdirilmiş, əsərləri yenidən nəşr olunmuş, müxtəlif dillərə tərcümə edilmiş, əsərləri əsasında kino- filmlər çəkilmiş, fərqlənən sənətkar lar orden və medallarla təltif olunmuş, Prezident təqaüdü ilə mükafatlandırılmışlar.

Qədim abidəmiz olan “Kitabi- Dədə Qorqud”un, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid. Cəfər Cabbarlı, Səməd Vurğun, Süleyman Rəhimov, Rəsul Rza kimi müxtəlif ədəbi nəsillərə mənsub klassiklərimizin yubileylərinin geniş miqyasda qeyd olunması, bu ədəbi simaların ölməz irsinin dünya oxucularına milli-mənəvi varlığımızın zəngin faktoru kimi tanıdılması ulu öndərimizin adı ilə bağlıdır. Bu istiqamətdə təkcə bir faktı xatırlamaq kifayətdir: Heydər Əliyev və Hüseyn Cavid bağlılığı! Bu münasibət siyasi xadimin, dövlət rəhbərinin mənsub olduğu xalqının böyük şairinə münasibətinin ən incə, ibrətamiz məqamlarını parlaq şəkildə əks etdirir. Bu problem dəyərli bir mövzu kimi xüsusi tədqiqat predmetidir.

Ulu öndərin H.Cavid sənətinə verdiyi qiymət, onun xatirəsini əbədiləşdirmək üçün qəbul etdiyi qərarlar, 1981-ci ildə ədibin anadan olmasının 100 illik yubileyi haqqında tarixi qərarı, yaşadığı evin şai rin adını daşıyan nümunəvi bir mu zeyə çevrilməsi, 1982-ci ildə Cavidin cənazəsinin Uzaq Sibirdən gətirilib doğma torpağa tapşırılması, məqbərəsinin təntənəli açılışı ilə bağlı tarixi nitqi, əsərləri külliyyatının ədibin öz imlasında nəşri, pyeslərinin yeni üslubda səhnə tə cəssümü və s. kimi möhtəşəm tədbirlər siyasi rəhbərin mədəniyyəti mizə münasibətinin parlaq səhifə lərindəndir.

Böyük rəhbər Cavid şəxsiyyətinin, sənətinin bədii-estetik dəyərini, fəlsəfəsini, milli və ümumbəşəri ideyalarını, tarixi dramlarının müa sirliyini dərindən duyub dəyərləndirmişdir. Dahi rəhbər bu ölməz sənətkarın xalqımızın mədəni həyatında oynadığı tarixi rolu qiymətləndirərək demişdir: “Hüseyn Cavid XX əsrdə Azər- baycan ədəbiyyatının, mədəniyyə tinin inkişaf etməsində misilsiz xid mətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. H.Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvəti dir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır”.

Heydər Əliyevin: “Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəallyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırışıdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuş dur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuş dur” sözləri müasir cavidşünaslığın kredosudur.

Təsadüfi deyildir ki, ulu öndər Moskvadan vətənə – doğma Naxçı vana qayıdanda fəaliyyətə başlamazdan əvvəl ilk olaraq Hüseyn Cavidin qəbrini ziyarət etmişdir. 1966-cı il oktyabrın 29-da dahi rəhbər H.Cavidin məqbərəsinin təntənəli açılışındakı tarixi nitqində bu məqamı xüsusi iftixarla, daxili bir hərarətlə belə xatırlamışdır. “… naxçıvanlılar mənimlə görüşə gəldilər və nəhayət Azadlıq meydanına toplaşıb məni buraya dəvət etdilər, Mən isə dedim ki, ilk addımı Hüseyn Cavidin məzarının üzərinə doğru atacağam. Belə də oldu. Buraya gəldim, Hüseyn Cavidin qəbrini ziyarət etdim”.

Heydər Əliyev naxçıvanlılaria yanaşı, xarici dövlətlərin nümayən dələri qarşısında hələ 1981-ci ildə H.Cavidin anadan olmasının 100 illik yubileyi haqqında verdiyi qararın təşəbbüskarı və müəllifi olduğu da böyük bir fəxrlə söyləmişdır. O, həmin Qərarı xatırladaraq demişdir. “Bu gün iftixar hissi ilə deyə bilərəm ki, mən bu qərarın həm təşəbbüskarıyam, həm də onun müəllifliyəm. Bu gün mən xoşbəxtəm ki, həmin o vaxt nəzərdə tutduğum arzularım, istəklərim 15 ildan sonra yerinə yetirilmişdir… Manim arzularım hayata keçir. Mən sizi də, özümü də bu münasibətlə tab rik edirəm”.

Göründüyü kimi, Heydər Əliye in Hüseyn Cavidə olan bu sonsuz məhəbbəti dahi bir rəhbərin öz xalqına, xalqının istedadlı oğlanlarına olan böyük məhəbbətin ifadəsidir. Bu məhəbbətlə xalqımız bu gün də ulu öndərin ölməz ideyalanının da- şıyıcısı və yaradıcısıdır.

Bütün bunlar sübut edir ki, ulu öndərin sənət hamisi kimi fəaliyyəti xalqa xidmətin, dövlətə rəhbərliyin milli müstəqillik ideologiyasının mühüm amili kimi əvəzsizdir. Bu mirası qoruyub saxlamaq və inkişaf etdirmək bizim müqəddəs borcumuzdur. Ulu öndərin qətiyyətlə söylədiyi: “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq bəyanatı bu kursu ecazkar bir sədaqətlə davam etdirən Prezident cənab İlham Əliyev siyasətinin baş xətidir! Güclü demokratik dövlətçilik ənənələrini təmsil edən ulu öndərimiz Heydər Əliyevin rəhbər fenomeni bugünk irəliləyişimizdə gur işıqlı mayak rolu oynamaqdadır. Bu gün həmin mayakın parlaq nuru ilə müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev doğma xalqını əzmlə, inamla irəli aparmaqdadır.

 

Sağlam Ailə və Uşaq İctimai Birliyinin sədri

Səadət Məhərrəmova