Şəmkir rayonunda toyda bıçaq xəsarəti alan şəxsin kimliyi məlum olub.
“Report”un məlumatına görə, mübahisə zəminində bıçaq xəsarəti alan, 1968-ci il təvəllüdlü M.Zeynalovdur.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun kənd sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici deşici alətlə çiyin nahiyəsindən daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
Araşdırmalarla M. Zeynalova toy mərasimində həmkəndlisi 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.