Türkiyənin İstanbul şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yaralananların sayı 7 nəfərə çatıb.
Yenixeber.az xəbər verir ki, bunu şəhər valisi Davud Gül bildirib.
“Yaralılardan ikisinin vəziyyəti ağır, beşinin vəziyyəti isə normaldır”, – D.Gül deyib.
Onun sözlərinə görə, daha iki nəfər dağıntılar altındadır.
Vali qeyd edib ki, binanın birinci mərtəbəsində mağaza, yuxarı mərtəbələrində isə mənzillər olub