Bu ölkə Fələstini müstəqil dövlət kimi tanımaq qərarı verdi

Sloveniya hökuməti Fələstini müstəqil dövlət kimi tanımaq qərarına gəlib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi “X”dəki rəsmi səhifəsində məlumat verib.

“Bu gün Sloveniya hökuməti Fələstinin müstəqilliyini və suverenliyini tanımaq qərarına gəlib və bunu Milli Assambleyaya təqdim edib”, – məlumatda deyilir.