Hər gün sülh sazişinin (Azərbaycanla) imzalanması üçün əla fürsətdir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məsələ bundadır ki, sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir. O, buna nail olunacağına dair ümidini ifadə edib: “Daha doğrusu, bu razılaşmalar 6 oktyabr 2022-ci ildə Praqada, sonra Soçidə, daha sonra isə Brüsseldə əldə edilib. Sazişin əsas prinsipləri razılaşdırılıb, bütün bunları sülh sazişinin mətninə köçürmək qalır. Hesab edirəm ki, bu işi çox tezliklə başa çatdırmaq imkanımız var. Müqavilənin imzalanma yeri və tarixi əlavə müzakirə ediləcək başqa bir məsələdir”.
***
11:30
Paşinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasını mümkün hesab edir.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasını mümkün hesab edir.
APA