`Bazarstore` edərsə… İNANMAYIN! – FOTOFAKT

Özünün bütün reklam çarxlarında `”Bazarstore” edərsə, inanın` deyib bas-bas bağıraraq endirim kampaniyasını təbliğ edən “Bazarstore” mağazalar şəbəkəsinin də əslində digər marketlərimizdən və onların endirim kampaniyalarından heç də fərqlənmədiyi həır kəsə məlumdur.

Dia-az.İnfo bildirir ki, bu dəfə isə aşağıda təqdim olunan fotodan da əslində “Bazarstore”un öz müştəriləri ilə məzələndiyi üzə çıxır.

Göründüyü kimi, sözügedən ticarət şəbəkəsi “Atena” xamasını 1 manat 79-dan qəpikdən 1 manat 79 qəpiyə endirib…

Qeyd edək ki, fotonu jurnalist Ramina Eyvazqızı təqdim edib.