İranın “arxa kanal” diplomatiyasında rol oynamış Əli Şamxani Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırılmışdı (bu barədə yazımız da var idi).
İndi məlumatlar var ki, Şamxani (hazırda ali rəhbər Seyid Əli Xameneinin müşaviridir. ABŞ ilə nüvə danışıqları üzrə diplomatiyanın rəhbəri təyin edilib.
Maraqlısı budur ki, Xameneinin 2024-cü ilin martında belə qərar verdiyi bildirilir.
İnformasiyanın doğru olub-olmaması ayrı müzakirə mövzusudur. Əsas sual budur ki, bu məlumat niyə indi üzə çıxır. Bu iddianın indi səslənməsi üç məqamı aktuallaşdırır:
1. Şamxaninin İranda keçiriləcək prezident seçkilərində iştirakına hazırlıq gedir.
2. İran Şamxaninin sövdələşmək təcrübəsini ABŞ ilə danışıqlara sirayət etdirmək istəyir.
Misal üçün, Çinin vasitəsilə İranla Səudiyyə Ərəbistanının barışığında Tehranı Şamxani uğurla təmsil etmişdi.
3. İran elitasında anti-Şamxani qrupların müqaviməti güclənə bilər.
Ən maraqlı mövzu ABŞ ilə İran arasında sövdələşmə ruhunun güclənməsi ilə Cənubi Qafqaz regionunda başlana biləcək yeni tendensiyalardır. Ətraflı təhlil etməyə çalışacağam.
Akşin Kərimov

Baxış: 619