Bir kərə yüksələn bayraq bir daha enməz.
Bu ifadələr Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarın 28 May – Müstəqillik Günü münasibətilə təbrik mesajında yer alıb.
Azərbaycan və Türkiyə bayraqları ilə yayımlanan paylaşımda “Qardaş ölkəmiz Azərbaycanın Müstəqillik Günü mübarək, birliyimiz və həmrəyliyimiz əbədi olsun!”, – deyə qeyd olunub.
Paylaşım Azərbaycan və türk dillərində edilib.