Mayın 27-dən 31-dək Belarus Hərbi Hava Qüvvələri və Rusiya Aerokosmik Qoşunların birgə taktiki-uçuş təlimi keçiriləcək.
Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlər vahid regional hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi çərçivəsində keçiriləcək. Onlara hava qüvvələri və hava hücumundan müdafiə qüvvələrinin komandanlığı rəhbərlik edəcək. Təlimlərə aviasiya hərbi hissələri, Belarus Silahlı Qüvvələrinin zenit-raket və radiotexniki qoşunlarının bölmələri, habelə Rusiya Aerokosmik Qüvvələrinin (VKS) kəşfiyyat, qırıcı və ordu aviasiya ekipajları cəlb olunub.