Paşinyan daşqınların baş verdiyi əraziyə getdi

 Ermənistanın Baş naziri Nikol Paşinyan leysan yağışlar nəticəsində daşqınların baş verdiyi təbii fəlakət zonasına gedib.

Bu barədə Ermənistan Nazirlər Kabinetindən məlumat verilib.

“Baş nazir Nikol Paşinyan bu gün səhər saatlarında iş yerində daşqının nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinin hesabatlarını dinləyib və təbii fəlakət zonasına gedib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistanda güclü yağış çayların daşmasına, bir çox yaşayış məntəqələrini sel suları altında qalmasına səbəb olub.