G7 ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirmək istəyir

“Böyük yeddilik” (G7) ölkələri Rusiyanın enerji ixracından əldə etdiyi mənfəəti azaltmaq üçün Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyalarını gücləndirmək niyyətindədir.

Nazirlər Rusiyanın enerji gəlirlərini və enerji ehtiyatlarının istehsalı üçün gələcək imkanları hədəfləmək barədə razılığa gəliblər.

Onlar həmçinin Rusiya müdafiə sənayesi üçün satınalmalarda vasitəçilik xidmətləri göstərən maliyyə qurumları ilə bağlı sanksiyalardan yayınma cəhdləriylə mübarizə aparmaq niyyətindədirlər.

Agentlik qeyd edir ki, Avropa İttifaqı artıq Ukraynaya qarşı müharibəyə görə Rusiyaya qarşı 13 sanksiya paketi tətbiq edib. İndi isə Aİ Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) birlik ölkələri vasitəsilə üçüncü ölkələrə ixracına diqqət ayırmağı planlaşdırır.(Frans Press)